Britaniya hərbi qüvvələri təlimlərdə iştirak üçün Omana gəlib

2018/07/36880755_2083006668579295_4073957903969550336_n_1531146300.jpg
Oxunub: 2886     01:58     10 İyul 2018    
Böyük Britaniya və Oman hərbi qüvvələri bu ilin sonuncu rübündə ortaq hərbi təlimlər həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ortaq hərbi təlimlərə "Kəskin Qılınc" adı verilib.

Bu gün səhər saatlarında Böyük Britaniya ordusuna məxsus təlimlərdə iştirak edəcək texnika və canlı qüvvə Omanın Əl-Vüstə bölgəsində yerləşən Duqm limanına gətirilib.

Qeyd edək ki, dəqiq tarixi müəyyən edilməsə də, təlimlərin oktyabr-noyabr aylarında keçiriləcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Oman   Təlim  


Bizi "telegram"da izləyin