Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ HHQ-nin Hava Təhsil və Təlim Komandanlığı layihə hazırlayıb.
Uçuşların artırılmasına səbəb kimi isə Finiks yaxınlığındakı “Luke” aviabazasında yerləşən Tayvan Hərbi Hava Qüvvələrinin təlim bölüyünün Tukson aeroportuna köçməyi planlaşdırmasıdır.
Bölük aeroporta İraq HHQ-nin təlim məqsədilə burada olan kontingentinin ərazini tərk etməsindən sonra yerləşdiriləcək. Bunun isə gələn ilin iyununda baş tutması gözlənilir. Qərarın qəbul ediləcəyi halda uçuşların 16% artırılması planlaşdırılır.
Ağalar Ağalarlı
Ordu.az