Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesindən olan mənbə bildirib.
“Ağır uzaq mənzilli PUA-nın üzərində aparılan işlər son mərhələyə qədəm qoyub. Xüsusilə prototipin yaradılması üzrə işlər tamamlanıb. O, bu il sınaq uçuşlarına başlayacaq”, - deyə mənbə bəyan edib.
Qeyd edək ki, PUA Rusiya Müdafiə Nazirliyi ilə 2011-ci ildə imzalanmış müqavilə əsasında “Sukhoi Aircraft Company” tərəfindən hazırlanıb. 20 ton ağırlığa sahib PUA-nın 1000 km/saat sürətə çatması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az