Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, helikopterlər ordunun Hilmənddəki bölmələrinə təhvil verilib.
Məsələ ilə bağlı rəsmi açıqlama bildirən Hilmənd bölgə rəhbərliyinin sözçüsü Ömər Zuak qeyd edib ki, helikopterlər NATO tərəfindən verilib.
O əlavə edib ki, helikopterlər orduya təhvil verilməzdən daha öncə Əfqanıstan HHQ-nin 2-si qadın olmaqla ümumilikdə 20 pilotu Çexiyada uçuş vasitələrinin sınağını keçiriblər.
Sınaqların uğurlu olmasından sonra helikopterlər ötən gün Əfqanıstan HHQ-nə verilib.
Qeyd edək ki, daha öncə Əfqanıstan ordusunda “Black Hawk” helikopterləri olmayıb və bu helikopterlər yalnız ölkədəki NATO birlikləri tərəfindən istifadə olunub.
Dəyanət Ağalarlı
Ordu.az