Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Quru Qoşunlarının Badqiş vilayətindəki komandanlığının sözçüsü Nəqibullah Amini bildirib.
O qeyd edib ki, qarşıdurma nəticəsində Taliban qruplaşmasının çox sayda sığınacağı yerlə-yeksan edilib.
Ordunun aramsız artilleriya zərbələri nəticəsində aralarında qiyamçılar üçün önəmli 2 nəfərin də olduğu ümumilikdə 13 Taliban üzvü öldürülüb, daha 10-u yaralanıb.
Qeyd edək ki, qarşıdurmada ordunun 3 hərbçisi yaralanıb, itki yoxdur.
Dəyanət Ağalarlı
Ordu.az