Alman rəsmilər Tramp-Putin görüşündən narahatdırlar

2018/07/Снимок_1530979095.png
Oxunub: 4352     18:38     07 İyul 2018    
Bir çox alman ekspert Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüşün nəticələrinin necə olacağı ilə bağlı ehtiyat edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya mətbuatı bildirib.

Qeyd olunur ki, məsələ ilə bağlı açıqlama bildirən Almaniya kansleri Angela Merkelin köməkçisi Piter Bayer deyib ki, bu görüş planlaşdırılan zaman NATO dövlətlərinin maraqları oyundan kənarda saxlanılıb.

"Bir NATO müttəfiqi olaraq ABŞ prezidenti Donald Trampın Moskvanın Avropaya artan təzyiq və təhdidləri fonunda Vladimir Putinlə görüş təyin etməsi olduqca narahatverici məqamdır. Bundan daha çox narahatlıq yaradan səbəb isə görüşdə tərəflər arasında əldə ediləcək razılaşmalardır. İki tərəf arasındakı bu yaxınlaşmanı analiz etmək olduqca çətindir. Ona görə də görüşdə gözlənilməz sazişlər əldə edilə bilər", - deyə Bayer qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Tramp-Putin   Görüş  


Bizi "telegram"da izləyin