Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə Nazirliyi bildirib.
Açıqlamada qeyd olunub ki, tərəflər arasında keçirilən sülh danışıqları uğurlu alınıb.
Bəyanata əsasən, danışıqlar zamanı üsyançıların hərbi statusunun qanunla müəyyən edilməsi və İordaniyadan köçkünlərin geri qaytarılmasına şərait yaradılması ilə bağlı razılıq əldə edilib.
Razılığın şərtlərinə uyğun olaraq tərəflər arasında Suriya İordaniya sərhədi yaxınlığındakı təmas bölgələrində qarşıdakı 3 gün atəşkəs olacaq.
Qeyd edək ki, atəşkəsin başlamasından dərhal sonra Dəməşq və Əs-Sureyra bölgələrinə ümumilikdə 30 ton tikinti materialı və 4,3 ton qidadan ibarət humanitar yardım göndərilib.
Dəyanət Ağalarlı
Ordu.az