Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanda səfərdə olan Belçika Xarici və Avropa İşləri naziri Didye Reynders səsləndirib.
Səfəri zamanı gürcü həmkarı Davit Zalkaliani ilə bir araya gələn Reynders görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.
O, görüşdə Belçika və Gürcüstan arasında mövcud olan çoxtərəfli əlaqələrin müzakirə edildiyini, eyni zamanda gələn həftə baş tutacaq NATO sammitinin ələ alındığını bildirib.
Gürcüstan XİN rəhbəri Davit Zalkaliani də öz növbəsində Belçikalı həmkarına ölkəsinin Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə, eyni zamanda NATO yolunda səylərinə göstərdiyi dəstəkdən dolayı təşəkkürünü ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az