Ordu.az “Russian Today” telekanalına istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
“İstənilən halda bizim kimyəvi silahımız yoxdur və onu öz xalqımıza qarşı istifadə etməzdik. Aprelin 7-də Duma şəhərində baş verən təxmin olunan hücum Suriya qoşunlarının Qutada qalib gəlməsindən sonra baş verib”, - deyə Əsəd bildirib.
O qeyd edib ki, Suriya hökumətinin kimyəvi silah istifadə etmək üçün əsası yox idi.
“Təxmin edək ki, sən kimyəvi silaha maliksən və onu istifadə etmək istəyirsən. Bunu nə vaxt etmək lazımdır? Döyüş bitəndən sonra? Yoxsa ondan əvvəl və ya onun gedişində?”, - deyə Əsəd açıqlayıb.
Ağalar Qəribov
Ordu.az