Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin Okinava adasındakı “Kadena” bazasında döyüş qırıcılarını yerləşdirməsi ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında baş tutacaq görüşlə əlaqədardır.
O cümlədən əlavə hərbi təsir vasitəsi qismində region sularına ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ronald Reagan” atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu çıxarılıb.
Ağalar Qəribov
Ordu.az