Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, separatçılar gün ərzində atəşkəsi 28 dəfə pozublar, onlardan 6-da isə ağır silahlar – 122 millimetrlik artilleriya sistemləri, 120 və 82 millimetrlik minaatanlardan istifadə edilib
Qeyd edilir ki, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib və həyatları üçün təhlükənin olmadığı vurğulanır.
Ağalar Qəribov
Ordu.az