Ukrayna ordusu Donbasda hərbi təlimlər keçirib

2018/05/6465_1527706556.jpg
Oxunub: 2743     02:56     31 May 2018    
Ukrayna Silahlı Qüvvələri ölkənin şərq bölgəsindəki münaqişə zonası olan Donbasda döyüş təyyarələrinin iştirakı ilə taktiki təlimlər həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təlimlər zamanı bir neçə qırıcı təyyarə tərəfindən müşayiət edilən hücum aviasiyası düşmənin sığınacağına basqın edən piyada alaylarına dəstək verib”, - deyə məlumatda qeyd olunub.

Təlimlərin keçirilmə məqsədinin aviasiya və quru qüvvələrinin birlikdə əməliyyat qabiliyyətinin möhkəmləndirilməsi olduğu göstərilib. Təlimlərdə iştirak edən əsgərlərin sayı açıqlanmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Təlim  


Bizi "telegram"da izləyin