Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni strategiyanın irəli sürülməsinə əsas səbəb Şimali Koreyanın meydana gətirdiyi təhdidlərin artması olsa da, başqa önəmli faktorlar da mövcuddur.
Məsələn Çinin hərbi gücünün getdikcə böyüməsi də, uzaq müddət üçün əhəmiyyətli təhdid kimi qəbul edilir.
Yaponiyanın Baş naziri Şinzo Abe ölkənin ÜDM-nin 1%-ə bərabər olan cari müdafiə xərclərinin artırılmasından yanadır. Onun partiyası da bu planı dəstəkləyir.
1%-lik limit heç vaxt qanuni olaraq qəbul edilməsə də, 1970-ci illərdə Baş nazir Yasuhiro Nakason tərəfindən təklif olunub və sonrakı hökumətlər tərəfindən də qəbul edilib.
Yaponiyanın əsas fokuslandığı sahə isə donanmadır. Tokio daha öncə aviadaşıyıcı yerləşdirməyi düşündüyünü bəyan edib. Yaponiyanın Fukui Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Yoiçi Şimada bildirir ki, Çinin artıq bir aviadaşıyıcısının olması və yaxın gələcəkdə daha ikisini istifadəyə verməyi planlaşdırması Yaponiyanın bu məsələni xüsusilə diqqətə almasını zəruri edir. Digər tərəfdən Yaponiya həm də ada dövlətidir, o, okeanla əhatələnib.
Lakin Tokio Beynəlxalq Xristian Universitetinin professoru Stefan Naqi aviadaşıyıcının hücum cəhdlərinin həyata keçirilməsi üçün zəruri olmadığını vurğulayır.
Ağalar Ağalarlı
Ordu.az