Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, görüntülərdə Ukrayna Silahlı Qüvvələrinin texnikasının Qorlovka yaxınlığında məhv edilməsini qeydə alınıb.
“Hansısa əfsanəvi qələbələrimizdən bəhs edən Ukraynanın qətiyyətli könüllüsü Yuri Mısyaginə salam göndərirəm. Yeni mövqlərin ələ keçirilməsi, separatçıların hansısa bəlli olmayan texnikalarının məhvi, yaşayış məntəqələrinin azad edilməsi üzrə hansısa uğurlu əməliyyatların keçirilməsi barədə məlumat yazmaq asan işdir”, - deyə komandir yazıb.
O qeyd edib ki, görüntülərdə separatçıların Ukrayna Silahlı Qüvvələrinin 24-cü batalyonunun məntəqəsi, iki BMP, bir yük maşını və iki ədəd xüsusi texnika vahidini məhv etməsi görünür.
Ağalar Qəribov
Ordu.az