ABŞ ordusu İŞİD-ə qarşı kiber və kinetik əməliyyatları birləşdirib

2018/05/49864874_1527685370.jpg
Oxunub: 1405     21:02     30 May 2018    
ABŞ ordusu İŞİD-ə qarşı vacib döyüşlərdə daha effektiv nəticə əldə etmək məqsədilə kinetik hücumları kiber əməliyyatlarla birləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun İŞİD-ə qarşı koalisiyasının sabiq komandiri general Stefan Tounsend danışıb.

Onun sözlərinə görə, bu birləşdirmə ötən ildən etibarən həyata keçirilib. Məlumata görə, bu missiyaya ABŞ-ın kiber komandanlığı da daxil edilib. O, 2017-ci ildə İraqda İŞİD-in kompüter sistemlərinə qarşı kiber hücumlar təşkil edib.

Bu hücumlarla terrorçuların özlərinin əsas komandanlıq postlarını tərk etməsinə nail oluub. Bununla da bu komandanlıqlara geniş hərbi əməliyyat keçirməklə risk götürülməsindən yayınılaraq, terrorçuları daha uyğun vəziyyətdə qoyublar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İŞİD   İraq   Terror  


Bizi "telegram"da izləyin