İraqda İŞİD hücumunun qarşısı alınıb

2018/05/169846_1527684396.jpg
Oxunub: 3390     20:47     30 May 2018    
İraqın Səlahuddin vilayətindəki yarımhərbi qoşunlar İŞİD terrorçularının hücumunun qarşısını almağa nail olublar.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindən olan mənbə bildirib.

Mənbənin məlumatına görə, terrorçular vilayətdə yerləşən səhralıq ərazinin qərb bölgəsindən Bici qəsəbəsinə doğru hücuma keçib. Lakin “Həşd əl-Şəbi” döyüşçüləri hücumu dəf edə bilib.

Hücumda istifadə edilən bütün texnika və nəqliyyat vasitələri sıradan çıxarılıb, terrorçular məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin