Əfqanıstan SQ gün ərzində 121 terrorçu məhv edib

2018/04/56546_1524732429.jpg
Oxunub: 2951     16:50     26 Aprel 2018    
Əfqanıstan Silahlı Qüvvələri ötən gün keçirilən əməliyyatlar çərçivəsində 121 terrorçunu məhv ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat Hərbi Hava Qüvvələrinin dəstəyi ilə eyni anda və dərhal 12 vilayət, o cümlədən Nanqərhar, Uruzqan və Gilməndə də keçirilib.

Əməliyyat çərçivəsində Əfqanıstan Hərbi Hava Qüvvələri 131 uçuş həyata keçirərək ən azı 5 nəqliyyat vasitəsi və bir neçə terrorçu sığınacağı məhv ediblər.

Ümumilikdə öldürülən 121 terrorçudan 40-nın “Taliban” üzvü olduğu bildirilir. Həmçini daha 87 terrorçu isə yaralanıb və 6 terrorçu saxlanılıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   HHQ   Terror   Taliban  


Bizi "telegram"da izləyin