Tramp: “Qoşunları Suriyadan çıxarmaq istərdim”

2018/04/149845573934534_1524644593.jpg
Oxunub: 2305     16:20     25 Aprel 2018    
“Birləşmiş Ştatlar Silahlı Qüvvələrini Suriyadan çıxarmaq istərdim”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla birgə keçirilən mətbuat konfransında bəyan edib.

“Suriyaya gəlincə isə... İstərdim ki, əsgərlərimizi evlərinə qaytarım. Onların böyük iş görüblər. Biz Suriya və İraqda İŞİD-ə tam qalib gələ bildik və düzünü desəm, biz qonşu ölkələrə böyük yardım göstərdik. Həmçinin öz ölkəmizə də”, - deyə Tramp bildirib.

O qeyd edib ki, nə olacağını gözləyəcək, lakin yaxın zamanlarda ABŞ qoşunlarının Amerika qaytarılmasına başlayacaq.

“Biz Suriya və İraqda İŞİD-ə münasibətdə bütün işimizi praktiki olaraq həyata keçirdik. Bizdən başqa heç kəsin edə bilməyəcəyi işi reallaşdırdıq”, - deyə Tramp açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Tramp   Makron  


Bizi "telegram"da izləyin