Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Nazirin sözlərinə görə, bu cür bəyanatlar Gürcüstanın maraqlarına və gürcü cəmiyyətinə qarşı yönəlib.
Maka Boçorişvili qeyd edib ki, avropalı siyasətçilər bir tərəfdən Gürcüstan cəmiyyətindəki qütbləşmədən narahat olduqlarını ifadə edir, digər tərəfdən isə mövcud siyasi imkanlardan istifadə edərək cəmiyyəti daha da bölməyə, insanları bir-birinə qarşı qoymağa çalışırlar.
Nazir vurğulayıb ki, belə açıqlamalar yalnız Gürcüstan cəmiyyətinin və dövlət maraqlarının əleyhinə yönəlib. Onun fikrincə, bu yanaşma nə Avropanın, nə də Gürcüstanın maraqlarına cavab verir.
Boçorişvili əlavə edib ki, cəmiyyətin süni şəkildə parçalanmasına yönəlmiş addımlar ölkənin inkişafına və tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərə bilməz.
Sevinc Əliyeva
Ordu.az