İrlandiyanın Baş naziri: “Mümkün danışıqlarda Avropa İttifaqını Koşta təmsil etməlidir”

2026/06/1781887300.jpg
Oxunub: 197     20:38     19 İyun 2026    
İrlandiyanın Baş naziri Mixol Martin bəyan edib ki, Rusiya ilə mümkün danışıqlar zamanı Avropa İttifaqını Avropa Şurasının Prezidenti Antoniu Koşta təmsil etməlidir.

Ordu.az xəbər verir ki, Martin Avropa İttifaqının müqavilələrinə əsasən Koştanın bu rolu yerinə yetirmək hüququna və vəzifəsinə malik olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının nümayəndəsi kimi Koşta danışıqlarla bağlı istənilən formatda iştirak edə bilər və etməlidir.

İrlandiya hökumətinin başçısı əlavə edib ki, Rusiya ilə kommunikasiya kanallarının açılması tənqid edilməməlidir. Bununla belə, o vurğulayıb ki, münaqişənin başa çatdırılması ilə bağlı danışıqlar birbaşa Moskva və Kiyev arasında aparılmalıdır.

Martin qeyd edib ki, hazırda tərəflər arasında məzmunlu danışıqların yaxın vaxtlarda başlanacağına dair hər hansı əlamət müşahidə olunmur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya     Koşta  


Bizi "telegram"da izləyin