Obama: “İranla müharibədən sonra ABŞ daha pis vəziyyətdə qala bilər”

2026/06/1781888792.jpg
Oxunub: 240     21:01     19 İyun 2026    
ABŞ-nin sabiq prezidenti Barak Obama bildirib ki, İranla müharibədən sonra ABŞ münaqişə başlamazdan əvvəlki dövrlə müqayisədə daha ağır vəziyyətdə ola bilər.

Ordu.az xəbər verir ki, Obama bu barədə “NBC News”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ milyardlarla dollar vəsait xərcləyib, silahlı qüvvələr isə ciddi yüklənməyə məruz qalıb.

“Biz müharibə apardıq, milyardlarla və milyardlarla dollar xərclədik, silahlı qüvvələrimizə böyük yük düşdü. Çox sayda insan həyatını itirdi. İndi isə mənə elə gəlir ki, müharibə başlamazdan əvvəl olduğumuz nöqtəyə qayıtmışıq, hətta bəlkə də bir qədər daha pis vəziyyətdəyik”, - deyə Obama bildirib.

Sabiq prezident ABŞ ilə İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumu barədə də danışıb.

Obama qeyd edib ki, atəşkəs razılaşmasının mövcudluğunu müsbət qiymətləndirir və onun qüvvədə qalacağına ümid edir.

O həmçinin xatırladıb ki, prezidentliyi dövründə İran əldə olunmuş razılaşma çərçivəsində nüvə silahı yaratmamaq öhdəliyini qəbul etmişdi.

“Bu administrasiya və ya bu administrasiyanın əvvəlki versiyası həmin prosesi tərk etdi ki, bu da İranı nüvə imkanlarını artırmağa sövq etdi”, - deyə Obama vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Obama   İran   ABŞ  


Bizi "telegram"da izləyin