Ordu.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O vurğulayıb ki, məhz ABŞ lazımi silahlanmaya və hərbi imkanlara malikdir. Prezident xüsusilə B-2 strateji bombardmançılarını nümunə göstərərək Vaşinqtonun hərbi potensialına diqqət çəkib.
İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinə toxunan Tramp onların yaxşı səviyyədə qaldığını bildirib. Bununla belə, o əlavə edib ki, Vaşinqton bəzən Netanyahunu “sağlam məntiq çərçivəsində saxlamağa” məcbur olur.
Sevinc Əliyeva
Ordu.az