Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib

2026/06/1781887772.jpg
Oxunub: 206     20:41     19 İyun 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sinqapurun Baş naziri Lourens Vonqu qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Görüş zamanı Türkiyə-Sinqapur ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Sinqapur arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq, müdafiə sənayesi, logistika, aviasiya, dənizçilik və maliyyə sahələri başda olmaqla bir çox istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Türkiyə lideri həmçinin qeyd edib ki, Ankara İran və ABŞ arasında davamlı sülhün təmin olunması məqsədilə intensiv diplomatik fəaliyyət həyata keçirir. O, Hörmüz boğazında gəmiçilik və naviqasiya azadlığının qorunmasının əhəmiyyətini vurğulayaraq, Türkiyənin qardaş ölkələrlə birlikdə prosesə töhfə verməyə davam edəcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan   Sinqapur  


Bizi "telegram"da izləyin