KXDR Çindən raket hissələri alır – HESABAT

2017/12/345345_1514278598.jpg
Oxunub: 457     17:52     26 Dekabr 2017    
Şimali Koreya beynəlxalq təşkilatların monitorinqdən yaxa qurtararaq qanunsuz şəkildə Çindən silah və raket hissələri alır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Müdafiə Tədqiqatları Mərkəzi və Seyonq institutu Şimali Koreyanın xarici ticarətini analiz edən bir hesabatda ölkənin hərbi ləvazimat istehsalçılarının çinli biznesmenlərdən GPS, antena və digər raket komponentlərini almaq üçün Honkokda qeydiyyatda olan ofşor kompaniyalardan istifadə etdiyini üzə çıxarıb.

GPS ləvazimatı iki-istifadəli məhsuldur. Belə ki, o hərbi məqsədlər üçün istifadə edilmə imkanlarına da malikdir. Bu səbəbdən dolayı Şimali Koreyaya satışı qadağandır.

ABŞ beyin mərkəzlərindən birinin iyun ayında dərc etdiyi başqa bir hesabatında isə “Dandong Dongyuan” adlı bir Çin şirkətinin Şimali Koreyaya radar naviqasiya sistemləri və RPG-7 satdığı iddia edilirdi.

Son illərdə Şimali Koreyaya 28 milyon dollar dəyərində elektronika, mobil naviqasiya sistemləri, alüminium, polad, boru və nüvə reaktor hissələri satmasına görə, ABŞ Xəzinə Departamenti ötən ay “Dandong Dongyuan”ı qara siyahıya əlavə edib.

Avqust ayında ABŞ, “Dandong Zhicheng Metal Məmulatları” adlı bir Çin şirkətinin rəhbəri Çi Yupenqin Şimali Koreyadan polad və yumuşaq kömür idxal etdiyini, əvəzində nüvə silahı və raket hissələri satdığını bildirib.

Məlumatda qeyd olunur ki, Çinə aid şirkətlərlə Şimali Koreya arasında birbaşa və ya dolayı yollarla hər il ən azı 60 milyon dollarlıq alqı-satqı əməliyyatı edilir. Sözü gedən tərəflər arasında baş tutan əlavə 25 milyon dollarlıq ticarətin isə ABŞ-dakı bank hesablarından istifadə edilməklə həyata keçirildiyi bildirilir.

Keçən ay atılan “Xvason-12” orta mənzilli ballistik raketin də Çinin dəstəyi ilə təkmilləşdirildiyi ehtimal edilir.

Ötən ay Koreya Müdafiə Araşdırmaları İnstitutu tarəfindan hazırlanan bir hesabatda iddia edilir ki, Çindən Şimali Koreyaya ixrac edilən qızdırıcı nasoslar raketlər üçün sürətləndirici maye yanacaq hazırlamaqda istifadə edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR-Çin   Raket-hissələri   Xvason-15  


Bizi "telegram"da izləyin