Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Kral donanmasından məlumat verilib.
Bu gün yayılan bəyanatda bildirilir ki, dekabrın 23-də Şimal dənizində hərəkət edən Rusiyanın “Admiral Qorşkov” gəmisi Britaniyanın “HMS St. Albans” freqatı tərəfindən izlənilib. Donanma gəmisi 2 gün ərzində monitorinqə davam etdikdən sonra anbara geri qayıdıb.
Britaniya son zamanlar Rus donanmasının Britaniya sularına keçidinin artdığını bildirir.
Müdafiə naziri Qavin Uilyamson bildirib ki, ölkənin su ərazisinin müdafiə olunmasında tərəddüd edilməyəcək və istənilən təcavüzə dərhal cavab veriləcək.
Bundan başqa, bir helikopterin də Rusiyanın başqa iki gəmisini izlədiyi qeyd edilir.
Ağalar Ağalarlı
Ordu.az