Daha bir keçmiş döyüşü aclıq aksiyası keçirir

2017/12/default345345_1514198627.jpg
Oxunub: 441     18:32     25 Dekabr 2017    
Ermənistanda "Silahlı qrup"la bağlı cinayət işində təqsirləndirilən keçmiş döyüşçü Harutyun Saribekyan ("Zim") dekabrın 15-dən etibarən aclıq aksiyası keçirir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Narine Rştuni bildirib. Onun sözlərinə görə, dekabrın 23-də Saribekyanı ziyarət edərkən o, halsız və xəstə vəziyyətdə olub.

Qeyd edək ki, bu, Harutyun Saribekyanın keçirdiyi ilk aclıq aksiyası deyil. Oktyabr ayında o, 2 həftəlik aclıq aksiyası keçirmişdi.

Nubaraşen cəzaçəkmə müəssisəsində ittiham olunan keçmiş döyüşçü "Silahlı qrup"a silah verməkdə ittiham olunur.

Bəzi məlumatlara görə, o silahlı şəxslərə "Muxa" tipli silah satıb. Lakin Saribekyan səsləndirilən ittihamları qəbul etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aclıq-aksiyası   Ermənistan  


Bizi "telegram"da izləyin