Vigen Sarkisyan etiraf etdi: "Satınalmalarda korrupsiya riskləri çoxdur"

2017/12/9802a79d114119df4446ddb0f37c5109345345_1514193837.jpg
Oxunub: 435     17:52     25 Dekabr 2017    
"Müdafiə nazirliyi üçün satınalmalarda korrupsiya riskləri çoxdur".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vigen Sarkisyan nazirlik üçün satınalmalarla bağlı "Şant" televiziyasına verdiyi müsahibəsində bildirib.

Vigen Sarkisyan müdafiə nazirliyinin ucuz mal əvəzinə bahalı olanları alması, bu alqı-satqıdan bəzi məmurların, generalların qazanc əldə etdiyinə dair tez-tez səslənən narazılıqlara münasibət bildirib. O, qeyd edib ki, say və keyfiyyətində heç bir dəyişiklik olmadan bu il keçirilən satınalmalarda maddi vəsaitə 10% qənaət edilib.

Sarkisyan, bu sahədə korrupsiya faktlarının həddindən artıq çox olduğunu da etiraf edib. "Müdafiə nazirliyi üçün satınalmalarda korrupsiya riskləri çoxdur", -deyə o bildirib.

Qeyd: Fotoda Vigen Sarkisyanın qolundakı saat "Ulysse Nardin Dual Time"dır. Saatın ümumi dəyəri 7 min 700 ABŞ dolları olaraq qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Korrupsiya  


Bizi "telegram"da izləyin