Gürcüstan Müdafiə nazirinin yeni ehtiyat konsepsiyası

2017/12/236866056e54_1514047765.jpg
Oxunub: 444     00:56     24 Dekabr 2017    
Yaxın günlərdə təqdim olunacaq yeni gürcü hərbi ehtiyat konsepsiyası, Gürcüstan müdafiə naziri Levan İzorianın etimad səsverməsindən öncə, İmedi TV-yə verdiyi müsahibəsinin əsas mövzularından biri olub.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, İzoria yeni konsepsiyasının iki ehtiyat komponentini diqqətə çatdırıb.

Bunlardan birincisi, aktiv rezervdir ki, o həm kontraktlı, həm də ehtiyatda olan keçmiş əsgərləri özündə birləşdirir. Bununla birlikdə aktiv rezerv məcburi xarakter daşımır. Keçmiş əsgərlərə üzvlüklə bağlı maaş və müqavilə üçün könüllülük fürsəti verilir. Aktiv rezerv üzvlərinin hər il 45 gün təlimlər keçməsi lazımdır.

İkincisi isə səfərbərlik komponentidir. Bu, cəmiyyətin daha geniş hissəsini əhatə edir. Müdafiə nazirliyi səfərbərliyə alına biləcək hər vətəndaşın məlumatlarının cəmləndiyi məlumat mərkəzinə sahib olacaq. Vətəndaşlar mərkəzin daxilində siniflərə bölünəcək və səfərbərlik üçün öncədən hazır vəziyyətdə olacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Konsepsiya  


Bizi "telegram"da izləyin