Qarabağdan Sarkisyanın cibinə axan pullar: 1000 dram məcburi ödəniş

2017/12/5441585211458_1513966939.jpg
Oxunub: 423     02:22     23 Dekabr 2017    
2018-ci il yanvarın 1-dən etibarən işğal altında olan Qarabağda əhaliyə qarşı 1000 dram məcburi ödəniş sistemi tətbiq ediləcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də qondarma qurumun "parlamenti" tərəfindən əhaliyə qarşı məcburi "qərar" qəbul edilib.

Belə ki, aprel döyüşləri zamanı qanunsuz hərbi birləşmələrdə qulluq edən hərbçilərin həyatına, sağlamlığına dəymiş ziyanın ödənilməsini bəhanə edən qondarma qurum əhalidən "büdcə" kəsirinin aradan qaldırılması məqsədilə məcburi 1000 dram ödəniş tələb edir.

Ermənistana nəzər salsaq görərik ki, 1000 dram layihəsi keçən il qəbul olunub. Bunun əsasında döyüş əməliyyatları zamanı zərərsizləşdirilmiş və ya əlil olmuş hərbi qulluqçuların ailələrinə "dəstək" fondu yaradılıb. Bu fonda da hər bir işləyən erməni vətəndaşı öz əmək haqqından hər ay 1000 dram məcburi ödəniş edir.

Lakin faktiki olaraq, gündəlik araşdırmalar və erməni KİV-lərində çıxan məlumatlara əsasən, fonda ayrılan məbləğlərin heç də erməni hərbçilərin sağlamlığına və ya ailələrinə yardım üçün nəzərdə tutulmadığını deyə bilərik. Əksinə, fonddan maliyyə ayrılmamasına görə, həlak olmuş erməni hərbçilərin valideynləri öz etirazını dəfələrlə kəskin şəkildə ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin