Türkiyə ordusu 20 PKK terrorçusunu məhv edib

2017/12/5a2b984ac9de3d1d40fad7fc_1512816778.jpg
Oxunub: 431     18:54     09 Dekabr 2017    
Türkiyə Silahlı Qüvvələri bir həftə ərzində terrorizmlə mübarizə əməliyyatlarında ən azı 20 PKK terrorçusunu məhv edib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Ölənlər arasında iki yüksək rütbəli PKK terrorçusunun olduğu da bildirilir.

Əməliyyatlar 1-7 dekabr tarixlərində Diyarbəkir, Bitlis, Siirt, Şırnaq vilayətlərində və İraqın şimalında həyata keçirilib.

Türkiyə qüvvələri PKK-nın 40-dan çox partlayıcı qurğusunu zərərsizləşdirib. Bundan başqa, 70-ə yaxın silah bazası və sığınacaq dağıdılıb.

Həmçinin, ordu PKK-nın gəlir mənbəyi kimi istifadə etdiyi təxminən bir tonluq narkotik maddə, tütün məmulatları və maye neft ələ keçirilib

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin