Fransa XİN: “Rusiya İŞİD üzərində qələbəni özününküləşdirib”

2017/12/1509370386567567_1512800928.jpg
Oxunub: 448     14:27     09 Dekabr 2017    
“Rusiyanın Suriyada İŞİD üzərində qələbəni özününküləşdirdiyinə təəccüblənirəm”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa xarici işlər naziri Jan-İv Le Drian bu barədə BFMTV telekanalının efirində bəyan edib.

“Rusiya hərbçiləri böyük gecikmə ilə Bəşər Əsəd qüvvələrinin köməyinə gəldilər və nəticədə Deyr Əz-Zorun azad olunmasına köməklik göstərdilər”, - deyə Le Drian bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin İŞİD-ə ağır zərbə endirməsi ilə razılaşmaq olar.

“Bu gün əminliklə demək olar ki, İŞİD ərazi muxtariyyətinə sahib deyil. Lakin hələ də bir neçə qarşıdurma ocağı qalmaqdadır”, - deyə Fransa xarici işlər naziri vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin