İsrail HƏMAS-ın 4 obyektini məhv edib

2017/12/1853877456456_1512801048.jpg
Oxunub: 370     13:50     09 Dekabr 2017    
İsrail Fələstin tərəfindən açılan atəşlərə cavab olaraq Qəzza bölgəsində HƏMAS hərəkatına məxsus 4 hədəfi raket zərbələri ilə məhv edib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun adı gizli saxlanılan nümayəndəsi bəyan edib.

“Bu gün – dekabrın 9-da İsrailin cənub rayonlarının raket hücumuna məruz qalmasına cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzza bölgəsinin müxtəlif rayonlarında HƏMAS terror təşkilatına məxsus 4 müxtəlif hədəfi – silah istehsalı ilə məşğul olan iki emalatxana, silah anbarı və hərbi bazanı məhv edib. Hər hədəfə bir neçə raket zərbəsi açılıb”, - deyə hərbçi bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Fələstindən İsrail istiqamətində ən azı 3 raket atılıb. Raketlərdən biri Sderot şəhərində partlayaraq əraziyə zərər verib, daha bir raket isə “Dəmir Qübbə” tərəfindən zərərsizləşdirilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Həmas  


Bizi "telegram"da izləyin