Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Mərkəzi Hərbi Komissiyanın ikinci katibi Çanq Yoxiya ilə görüşdə Putin, Rusiya – Çin əlaqələrində hərbi əməkdaşlığın önəmli rola malik olduğunu bildirib.
O, Moskva və Pekinin birgə hərbi təlimlər sahəsində əməkdaşlığın gücləndirilmə istəyini bəyan edib. Onun sözlərinə görə, Çin ilə yaxşı əlaqələr qurmaq həmişə Rusiya xarici siyasətinin önündə duran məqsədlərdən biridir.
Öz növbəsində Çanq bildirib ki, iki ölkənin hərbi qüvvələri arasındakı əlaqələr praktiki əməkdaşlıq üzrə daha da dərinləşməkdədir.
Ordu.az