Britaniya müdafiə naziri sərt reaksiyalara cavab verib

2017/12/APOSW-2017-64-SOS-PB-0046456_1512737092.jpg
Oxunub: 488     20:43     08 Dekabr 2017    
“Britaniya xalqı onun təhlükəsizliyini təmin edən Britaniya ordusu ilə fəxr edir”.

Ordu.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə naziri Qavin Uilyamson “İŞİD üçün vuruşmağa gedən britaniyalılar yaxalanıb öldürülməlidir” kimi açıqlama verməsindən sonra sərt reaksiyalarla qarşılaşıb.

Leyboristlər partiyasından millət vəkili Den Cervis bildirib ki, bu nə mənəvi, nə qanuni, nə də praktiki olaraq düzgün deyil.

Mövzuyla bağlı ingilis mətbuatına yenidən açıqlama verən nazir Uilyamson bildirib ki, Britaniya xalqı onun təhlükəsizliyini təmin edən Britaniya ordusu ilə fəxr edir.

“Silahlı qüvvələrimiz bu ölkəni təhdid edən hər bir təhlükəni aradan qaldırılacağı ilə bağlı hər kəsi əmin edir. Xalqımız da hökumətimizdən və ordumuzdan bunu gözləyir”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İŞİD  


Bizi "telegram"da izləyin