Lavrov: “İdlibə dair ABŞ-la əməkdaşlıq qeyri-məhsuldardır”

2017/12/457567567_1512734883.jpg
Oxunub: 393     20:07     08 Dekabr 2017    
“Rusiyanın İdlib üzrə ABŞ-la əməkdaşlıq etmək planları yoxdur və bu, qeyri-məhsuldardır”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“İdlibdən həqiqətən də qəliz vəziyyət qalmaqdadır və biz Türkiyə, o cümlədən İran və Suriyadan olan həmkarlarımızla birlikdə Suriya Respublikasının sözügedən ərazisində deeskalyasiya zonasının effektivliyinə nail olmaq üçün işlər aparırıq. ABŞ-ın Suriyanın bu ərazisi üzrə heç bir konkret planı yoxdur. Məncə, bu, qeyri-məhsuldardır”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, may ayının əvvəllərindən etibarən Suriyada deeskalyasiya zonaları yaradılıb. Bu məsələyə dair razılaşma Rusiya, İran və Türkiyə arasında Astana danışıqları zamanı əldə edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   ABŞ  


Bizi "telegram"da izləyin