Ordu.az "Japan Today" nəşrinə istinadən xəbər verir ki, təlimlər Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında və Okinava prefekturasında keçirilir və iyunun 30-dək davam edəcək.
Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərb Ordusunun komandanı general-leytenant Seydzi Toriumi təlimlərin açılış mərasimində bildirib ki, müdafiə potensialının nümayiş etdirilməsi Hind-Sakit okean regionunda sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Məlumata görə, təlimlər Şərqi Çin dənizindəki Senkaku adaları ətrafında Yaponiya və Çin arasında ərazi mübahisələri fonunda keçirilir.
Təlimlərdə həmçinin "Type 10" tankları da iştirak edir.
Ordu.az