Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Medvedevin fikrincə, regionda qeyri-sabitliyin əsas mənbəyi İsrail olaraq qalır. O hesab edir ki, razılaşmaların qeyri-rəsmi “üçüncü tərəfi” kimi çıxış edən İsrail istənilən vaxt mövcud kövrək atəşkəsi poza bilər.
Rusiya rəsmisi qeyd edib ki, İran ölkə rəhbərinin öldürülməsinə və güclü raket zərbələrinə baxmayaraq, bu qarşıdurmada ABŞ-yə məğlub olmayıb.
“Tehran, yumşaq desək, bu müharibədə məğlub olmayıb. Halbuki İran dövlətinin rəhbəri öldürülüb və ölkə dağıdıcı raket zərbələrinə məruz qalıb”, - deyə Medvedev “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İsrail hələ də münaqişənin davam etməsində maraqlıdır və cavab addımları atmağa çalışacaq.
Medvedev bu səbəbdən əldə olunmuş istənilən razılaşmanın davamlılığına şübhə ilə yanaşdığını bildirib və regionda sabit sülhdən danışmaq üçün hələ tez olduğunu vurğulayıb.
O, həmçinin Hörmüz boğazının strateji təzyiq vasitəsi kimi əhəmiyyətinə toxunaraq onu “fars nüvə aləti” adlandırıb və gələcəkdə də bu imkanlardan istifadə edilə biləcəyini qeyd edib.
Medvedev ayrıca Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı vəziyyətə də münasibət bildirib.
Onun sözlərinə görə, dövlətlərin hərəkət imkanları kifayət qədər genişdir və bu imkanlar yalnız mülki əhalinin qəsdən hədəfə alınmasının yolverilməzliyi ilə məhdudlaşır.
Sevinc Əliyeva
Ordu.az