Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.
Məlumata görə, Robert Köçəryan ərizəsində Mərkəzi Seçki Komissiyasının qərarının ləğv edilməsini tələb edir. Ehtimal olunur ki, söhbət iyunun 17-də Robert Köçəryan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı qəbul edilmiş qərardan gedir.
Bildirilib ki, iddia ərizəsi ötən axşam məhkəməyə daxil olub və hakim Qriqor Arakelyanın icraatına verilib. Hələlik iddianın icraata qəbul olunması ilə bağlı qərar yoxdur.
Qeyd edək ki, Robert Köçəryana qarşı cinayət təqibi 22 il əvvəl hökumətin təsdiqlədiyi qərarla bağlı iş üzrə başladılıb. Söhbət 2004-cü ildə həyata keçirilmiş və Ermənistan hökuməti tərəfindən təsdiqlənmiş bir əməliyyatdan gedir.
Məlumata əsasən, həmin qərar uzun illər ərzində heç bir şəkildə mübahisələndirilməyib. Daha sonra Robert Köçəryan artıq vəzifə tutmadığı dövrdə onun oğlu Sedrak Köçəryan sözügedən şirkətdə iri məbləğ ödəyərək pay alıb. Hazırda isə bu faktın 2004-cü il əməliyyatı ilə əlaqələndirilməsinə cəhd göstərildiyi bildirilir.
Söhbət “Orange Fitness” klubunun yaxınlığında yerləşən “Master Class” tennis mərkəzinin ərazisindən gedir. Robert Köçəryanın vəkili Aram Orbelyan jurnalistlərlə söhbətində bildirib ki, bu prosesdə hər hansı cinayət tərkibi yoxdur.
Onun sözlərinə görə, əslində burada alqı-satqı müqaviləsi deyil, icarə münasibətləri və investisiya layihəsi mövcuddur. Vəkil cinayət işinin süni şəkildə yaradıldığını və uydurma xarakter daşıdığını iddia edib.
Alpər Mövludoğlu
Ordu.az