Ermənistan “Eurosatory 2026” sərgisində müdafiə sənayesi əməkdaşlığı ilə bağlı baxışını təqdim edib

2026/06/1781937203.jpg
Oxunub: 178     10:29     20 İyun 2026    
Ermənistanın yüksək texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan “Eurosatory 2026” beynəlxalq sərgisi çərçivəsində keçirilən müdafiə sənayesi əməkdaşlığına həsr olunmuş panel müzakirəsində ölkəsinin hərbi-sənaye kompleksi ilə bağlı baxışını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Təchizat zəncirləri, insan resursları və kiçik dövlətlərin rolu” mövzusunda keçirilən paneldə çıxış edən erməni nazir süni zəka və texnoloji inkişaf dövründə kiçik dövlətlərin də çeviklik və məqsədyönlü investisiyalar sayəsində rəqabət qabiliyyətli ola biləcəyini bildirib.

Hayrapetyan qeyd edib ki, süni zəka müasir müdafiə sistemlərinin əsas texnologiyalarından birinə çevrilir. Bununla belə, onun sözlərinə görə, real üstünlüyü təmin edən əsas amil insan kapitalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Eurosatory-2026  


Bizi "telegram"da izləyin