Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

2026/06/1781942931.jpg
Oxunub: 156     11:54     20 İyun 2026    
Laçın rayonunun Sus kəndi ərazisində iyunun 23-ü saat 10:00-da minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək.

Bu barədə Ordu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarmarka Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbir ANAMA-nın mobil bazasının inzibati binasında baş tutacaq. Yarmarkada xüsusilə minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Minaaxtaran  


Bizi "telegram"da izləyin