"Zabit əsgərin ləyaqətini alçatmağa çalışıb, bu zaman..." - Zöhrabyan

2019/01/Naira-1547732652.jpg
Oxunub: 436     18:59     17 Yanvar 2019    
"Zabit əsgərin ləyaqətini alçatmağa çalışıb, bu zaman ölüm baş verib. Ömürlük həbs edilmiş əsgərlərin işinə yenidən baxılmalıdır. Mən orduda baş verən cinayətlərə görə ömürlük həbs edilmiş əsgərlərin işi ilə məşğul olmuşam və məşğul olmağa da davam edəcəm".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxışı zamanı İnsan haqları və ictimai məsələlər üzrə daimi komissiyanın sədri vəzifəsinə namizəd Naira Zöhrabyan deyib.

"Bu gənclərin işinə yenidən baxılmalı olduğuna təkid edirəm. Əgər zabit əsgərin ləyaqətini alçatmağa çalışıbsa, bunun nəticəsində ölüm baş veribsə, əsgər 20 il və daha artıq həbsdə yatıbsa, artıq bu işlərə yenidən baxılmalıdır. Bu daim mənim dəqiq mövqeyim olub. Təəssüf ki, bizim xüsusilə Armenak Mncoyanın və Arsen Artsrunun işinə yenidən baxılması və əhv edilməsi barədə bütün cəhdlərimiz "gəzən səhranın səsinə" qovuşdu", - deyə Zörabyan bildirib.

O, həmçinin əhv institunun fəaliyyətində də islahatların aparılmasının zəruri olduğunu qeyd edib: "Özlərini əlavə məsuliyyətdən azad edərək, böyük əksəriyyətlə məhkumları görmədən və işlərlə detallı tanış olmadan əhv təqdim ediblər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: