Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Pakistanın xarici işlər naziri İshaq Dar ilə telefon danışığı zamanı Əraqçi İslamabada iyunun 18-də qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə nəticələnən vasitəçilik səyləri və təşəbbüslərinə görə təşəkkür edib.
İranlı nazir eyni zamanda vurğulayıb ki, ABŞ bütün cəbhələrdə müharibənin dayandırılması ilə bağlı öhdəliklərinə sadiq qalmalıdır. O bildirib ki, Livan da daxil olmaqla bütün istiqamətlər üzrə əldə olunan razılaşmanın istənilən pozuntusuna görə məsuliyyət Vaşinqtonun üzərinə düşəcək.
Öz növbəsində İshaq Dar diplomatik irəliləyişi alqışlayaraq Pakistanın danışıqlar prosesinin davam etdirilməsini və müsbət, uzunmüddətli nəticələrin əldə olunmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib.
Pakistanlı nazir prosesin növbəti mərhələlərinin də uğurla başa çatacağına ümid etdiyini qeyd edib. Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələləri də müzakirə edib və məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Sevinc Əliyeva
Ordu.az