Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO+FOTOLAR

2026/06/22d6c-1781291669.jpg
Oxunub: 204     23:03     12 İyun 2026    
İyunun 12-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin muzeyi ziyarət olunub.

Sonra hərbi liseyin ərazisindəki C.Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə məzunları təbrik edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Buraxılış mərasiminin planına uyğun olaraq məzunlara hərbi liseyin döş nişanı təqdim edilib, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub.

Daha sonra C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Cəmşid-Naxçıvanski   Hərbi-Lisey   MN  


Bizi "telegram"da izləyin