“Rusiyadan Ermənistana, xüsusən də Paşinyana qarşı təhdidlərin əksəriyyəti hibrid xarakter daşıyacaq” - Lyuk Kofin

2024/06/1719384256.jpg
Oxunub: 272     20:18     26 İyun 2024    
“İndi Cənubi Qafqazda sabitliyin və hətta rifahın yeni dövrünə başlamaq üçün unikal imkan var, ancaq bu, Rusiyanın xoşuna gəlməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi Lyuk Kofin deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazı özünün təsir zonası hesab edir.

Kofin qeyd edib ki, nümunələrdən biri də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsidir.

“İndi Ermənistan və Azərbaycan əsl qonşu kimi çıxış edə, əməkdaşlıq edə, münasibətləri tənzimləyə, sülhə və firavanlığa nail ola bilərlər. Lakin bütün bunlar Rusiyanın regionda nüfuzu üçün təhlükədir”, - deyə Kofin bildirib.

Hudson İnstitutunun baş elmi işçisi vurğulayıb ki, Kreml Paşinyanın nəticələrdən belə asanlıqla yan keçməsinə imkan verməyəcək.

Kofin deyib ki, Ukraynadakı çətinliklərə görə Rusiyanın Cənubi Qafqazda təsiri zəifləyir və bu, ABŞ ilə Aİ üçün yaxşı fürsətdir.

O əlavə edib ki, Rusiyadan Ermənistana, xüsusən də Paşinyana qarşı təhdidlərin əksəriyyəti hibrid xarakter daşıyacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin