Ordu.az xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı Tərtər rayonunun Sarıcalı kəndində keçirilib. Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
***
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1973-cü il iyunun 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. O, 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
F.Yaqubov Sarıcalı kənd qəbiristanlığında dəfn olunacaq.
Ordu.az