Ordu.az xəbər verir ki, “Rybar” kimi tanınan rusiyalı hərbi bloger İsrailin 1700 kilometrdən (1056 mil) uzaq mənzilə malik ballistik raketi sınaqdan keçirdiyini bildirib.
Xəbərlərində əsasən Ukraynadakı müharibəyə fokuslanan blogerin sözlərinə görə, İsrail raketi “Palmachim” bazasından Aralıq dənizi istiqamətində atıb və İtaliya sahillərinin cənubundakı dəniz hədəfini vurub.
Bloger iddia edib ki, raketin mənzili İran ərazisinin böyük hissəsini əhatə edəcək qədər yetərlidir.
Sevinc Əliyeva
Ordu.az