Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdaş Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yasin Şakir oğlu Əbdürəhmanovun meyitinin qalıqları Ağdaş rayonuna gətirilib.
Ordu.az-ın məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Yasin Şakir oğlu Əbdürəhmanov 1972-ci dekabrın 23-də Ağdaş rayonunun Qaracan-Şıxlar kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.
Y.Əbdürəhmanov Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunacaq.
Daşqın Güneyli
Ordu.az