ABŞ, Yaponiya və Cənubi Koreya ilk üçtərəfli hərbi təlimini keçirir

2024/06/holds-1719641736.jpg
Oxunub: 160     10:13     29 İyun 2024    
Koreya yarımadasında keçiriləcək təlimdə digər sahələrlə yanaşı, ballistik raketdən müdafiə, hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı mübarizəyə də diqqət yetiriləcək.

Ordu.az xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreya Koreya yarımadasında ilk üçtərəfli çoxdomenli hərbi təlimlərə başlayıb.

Məlumata görə, Cənubi Koreya Baş Qərargahı ölkənin cənubundakı kurort Ceju adasında “Freedom Edge” adlı üç günlük çoxdomenli təlimin başladığını açıqlayıb.

Üçtərəfli təlimin açılışı ötən ilin avqustunda ABŞ prezidenti Co Bayden, onun cənubi koreyalı həmkarı Yoon Suk-yeol və Yaponiyanın Baş naziri Fumio Kişidanın Kemp-Devid sammiti zamanı qərara alınıb.

Tərəflər mütəmadi olaraq “illik, adlı, çoxdomenli” üçtərəfli təlimlərin keçirilməsi barədə razılığa gəliblər.

Hərbi təlimdə ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən USS “Theodore Roosevelt” aviadaşıyıcı gəmisi, Cənubi Koreyanın ROKS “Seoae Ryu Seong-ryong” esminesi və Yaponiyanın JS “Ise” helikopter esminesi iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin