Köçəryandan Vartanova cavab: “Həm ikinci, həm də üçüncü müdafiə xətti inşa edilir”

2023/06/1687331680.jpg
Oxunub: 345     14:24     29 İyun 2024    
“Ermənistan çox şeylər əldə edib, bunlar haqqında danışmaq olmaz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryan deyib.

“Müharibədən sonra həyata keçirilən islahatlar, alınan silahlar, o cümlədən “Caesar”...”, - deyə o qeyd edib.

VOMA terror təşkilatının rəhbəri Vova Vartanovun tənqidinə cavab verən erməni deputat əmin edib ki, həm ikinci, həm də üçüncü müdafiə xətti inşa edilir.

“Bu gün ordunu gücləndirən insanların əməyini aşağılamaq lazım deyil”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   Caesar  


Bizi "telegram"da izləyin