İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - YENİLƏNİB

2024/06/1719638584.jpg
Oxunub: 234     07:43     29 İyun 2024    
İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.

Ordu.az-ın xəbərinə görə, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.

***

İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 8,379 milyon səs (ümumi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində liderdir.

Ordu.az-ın xəbərinə görə, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.

O, İRİB telekanalının efirində bildirib ki, 23 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 3,505 milyon səs toplayıb, əvvəllər seçkilərdə öndə olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkiyan isə 3,389 milyon səs toplayıb, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa 1,116 milyon səs verib.

***

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderlik ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb. İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeşkianın liderliyini təsdiqləyib.

Agentliyin məlumatına görə, Pezeşkian 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib. “Tasnim”in məlumatına görə, seçkidə iştirak təxminən 40 % təşkil edib.

***

İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda növbədənkənar prezident seçkilərində liderdirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Pezeşkian 42,6 %, Cəlili 38,8 % səs toplayıb. Mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın topladığı səslər barədə məlumat verilmir. “Tasnim”in məlumatına görə, seçkidə seçicilərin təxminən 40 %-i iştirak edib.

İranda prezidentin növbədənkənar seçkilərinə iyunun 28-də yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 8:30) start verilib. Seçkilər mayın 19-da ölkə prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar keçirilir. Prezidentlik yarışında dörd siyasətçi iştirak edir: mühafizəkarlar Məhəmməd Baqer Qalibaf, Səid Cəlili, Mustafa Purməhəmmədi və islahatçı Məsud Pezeşkian.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər səbəbindən günortadan sonra, havalar nisbətən sərinlənəndə uzun seçici növbələri yaranmağa başlayıb. Buna görə də səsvermə vaxtı üç dəfə uzadılıb və nəticədə yerli vaxtla 00:00-da (Bakı vaxtı ilə 00:30) başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin